DÇ-2018:Rusiya və Xorvatiya penaltilərlə 1/4 finalda! Yenilənib

Rusiyadakı futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək. 
 
Newsport.az-ın məlumatına görə, meydana çıxacaq 4 komandanın hamısı Avropa təmsilçiləri olacaq. Əvvəlcə təşkilatçı Rusiya ilə dünya və üçqat Avropa çempionu İspaniya milliləri üz-üzə gələcək. 
 
Qrup mərhələsində Rusiya Səudiyyə Ərəbistanına 5:0, Misirə 3:1 hesabı ilə qalib gəldikdən sonra Uruqvaya uduzub - 0:3. Nəticədə Stanislav Çerçesovun baş məşqçi olduğu komanda A qrupunu 6 xalla 2-ci pillədə başa vurub. 
 
İspaniya isə B qrupundakı görüşlərində İrana 1:0 hesabı ilə qalib gəldiyi halda, Portuqaliya ilə 3:3, Mərakeşlə isə 2:2 hesablı heç-heçə edib. Nəticədə Fernando Yerronun baş məşqçi olduğu yığma qrupu 5 xalla 1-ci pillədə başa vurub. Bu komanda ikinci yeri tutan Portuqaliyanı yalnız daha üstün top fərqi sayəsində geridə qoyub. 
 
Bu kollektivlər indiyədək dünya çempionatlarında qarşılaşmadıqları halda, Avropa çempionatlarında 3 dəfə görüşüblər. AVRO-2008-də İspaniya Rusiyanı qrup oyununda 4:1, yarımfinalda 3:0 hesabı ilə yenib. AVRO-1964-ün finalında isə İspaniya Rusiyanın hüquqi sələfi sayılan keçmiş SSRİ millisinə minimal fərqlə qalib gəlib - 2:1. 
 
Günün digər matçında Xorvatiya və Danimarka yığmaları qarşılaşacaq. Xorvatiya D qrupundakı hər 3 görüşünü qələbə ilə başa vurub. Zlatko Daliçin baş məşqçi olduğu komanda Nigeriyaya 2:0, Argentinaya 3:0, İslandiyaya 2:1 hesabı ilə qalib gələrək, 9 xalla qrup lideri olub. Danimarka isə C qrupundakı matçlarında Perunu 1:0 hesabı ilə yendikdən sonra Avstraliya ilə 1:1, Fransa ilə 0:0 hesablı heç-heçə edib və 5 xalla 2-ci yeri tutub. 
 
Bu komandalar final mərhələlərində ilk dəfə üz-üzə gələcəklər. 
 
DÇ-2018
1/8 final
1 iyul
 
18:00. İspaniya – Rusiya - 1:1 (Penaltilər seriyasında - 3:4)
Qollar: 
S. İqnaşeviç, 12-avtoqol, (1:0), Artem Dzyuba, 41-penalti (1:1)
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Moskva. “Lujniki” stadionu
 
22:00. Xorvatiya - Danimarka - 1:1  (Penaltilər seriyasında - 3:2)
Qollar: M. Yorgensen, 2 (0:1), Mario Mancukiç, 4 (1:1) 
 
Qaçırılan penalti: Modriç, 117 (Xorvatiya)
Baş hakim: Nestor Pitana (Argentina)
Nijni Novqorod. Mərkəzi stadion

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right