Nagelsman "Hoffenhaym"dan ayrılır, yeni iş yeri rəsmən bəllidir

“Hoffenhaym” gənc məşqçi Yulian Nagelsmanla yolların ayrılacağı vaxtı açıqlayıb.

Newsport.az-ın məlumatına görə, klubdan verilən rəsmi məlumatda 30 yaşlı mütəxəssisin 2018/19 mövsümünün sonunda klubdan gedəcəyi bildirilib.

Baş məşqçi ilə Avropanın bir sıra nüfuzlu klubları maraqlansa da, o, bu mövsümü də komandasında qalmağı seçib. Artıq onun gələn mövsümün əvvəlindən işləyəcəyi klubun adı müəyyənləşib. Gənc çalışdırıcı Almaniyanın digər klubu "Leyptsiq"lə münasibətlərini rəsmiləşdirib.  

Qeyd edək ki, Yulian Nagelsman 2015-ci ildən “Hoffenhaym”a rəhbərlik edir. Onun komandası Bundesliqada son mövsümü 3-cü pillədə bitirərək Çempionlar Liqasında oynamağa haqq qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right