“Qarabağ”ın sabiq hücumçusu “Dənizlispor”a keçə bilər

“Qarabağ”ın keçmiş hücumçusu Raydell Pupon klubunu dəyişə bilər.  

Newsport.az-ın məlumatına görə, “Boluspor”la müqaviləsi başa çatan futbolçu “Dənizlispor”un maraq dairəsinə düşüb. 

Ancaq hollandiyalı forvardın Dənizli klubunu keçidi reallaşmaya bilər.  Çünki klubun təklifi futbolçunu razı salmayıb.  O, daha çox məbləğdə “Dənizlispor”a keçə biləcəyini bildirib. Klub yaxın günlərdə futbolçuya yeni şərtlərlə müqavilə təklif edəcək.

Pupon ötən mövsüm vurduğu 16 qolla “Boluspor”un ən sərrast futbolçularından biri olmuşdu. 30 yaşlı oyunçu klubun Super Liqa uğrunda pley-off mərhələsinə vəsiqə qazanmaqda xüsusi rol oynayıb.

Qeyd edək ki, Pupon 2015/16 mövsümündə “Qarabağ”da oynayıb. Oyunçu Ağdam təmsilçisinin heyətində möhkəmlənə bilməyib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right