Millimizin rəqibinin prezidenti vəfat etdi

Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokrri dünyasını dəyişib.

Newsport.az-ın məlumatına görə, Vokrri 58 yaşında gözlərini əbədi olaraq yumub. Veteran futbolçu bu gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişib. Vokrri xəstəxanaya çatdırılsa da, vəfat edib.

Vokrri "Partizan", "Nims", "Fənərbaxça" kimi klublarda forma geyinmişdi.

Qeyd edək ki, Kosovo Millətlər Liqasında yığmamızla eyni qrupda mübarizə aparacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right