“Qarabağ Vyana” qalib gəldi

Avstriyanın Şərq Regional Liqasında (3-cü liqa) 34-cü turun oyunları keçirilib.

Newsport.az saytının məlumatına görə, azərbaycanlıların klubu olan “Qarabağ Vyana” səfərdə “Neusiedl”lə qarşılaşıb.

Oyun Vyana təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın qollarından birini azərbaycanlı futbolçu Dmitri Nağıyev vurub.

Qeyd edək ki, 56 xalı olan “Qarabağ Vyana” hazırda 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right