Latviya millisi Azərbaycanla oyun üçün heyəti açıqladı

Latviya millisinin Baltika Kuboku və Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb.
 
Newsport.az-ın məlumatına görə, baş məşqçisi Miksu Patelaynen iyunun 9-da Riqada baş tutacaq görüş üçün 23 futbolçuya dəvət göndərib. Heyətdə vaxtilə Azərbaycanın "Qəbələ”, "Qarabağ” və "Rəvan” klublarının formasını geyinmiş Kristian Torres də var. Argentina əsilli hücumçu bir müddətdir Latviya vətəndaşlığını qəbul edib.
 
Qapıçılar: Andris Vanin, Kaspar İksten, Yevgeni Neruqal
 
Müdafiəçilər: Vitali Maksimenko, Vladislav Qabov, İqor Tarasov, Kaspar Dubra, Vitali Yaqodinski, Qints Freymanis, Robert Savalnyek
 
Yarımmüdafiəçilər: Martsis Oşs, Jurkovski, Vyaçeslav İsayev, Aleksandr Fertov, Ritvar Ruqin, Yanis İkaunyek, Qleb Klyuşkin, Vladimir Kameş, Kristian Torres,
 
Hücumçular: Valeri Şabala, Davis İkaunyek, Artur Karaşauskas, Vladislav Qutkovski
 
Qeyd edək ki, Latviya yığması iyunun 2-də Estoniya, iyunun 5-də Litva, iyunun 9-da isə Azərbaycanla qarşılaşacaq. Son oyun "Dauqava" stadionunda təşkil olunacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right