Qomis 29 qolla Super Liqanın bombardiri oldu

Türkiyə Super Liqasında 2017/18 mövsümünə yekun vurulub. 

Newsport.az-ın məlumatına görə, mövsümün ən sərrast futbolçusu çempion "Qalatasaray"ın forvardı Bafetimbi Qomis olub.

Seneqal əsilli fransalı futbolçu meydana çıxdığı 33 Super Liqa oyununda 29 qol vurub və 5 məhsuldar ötürmə edib. 32 yaşlı futbolçu mövsüm ərzində Super Liqanın yalnız bir oyununda forma geyinməyib. 

Bombardirlər yarışının ikincisi sabiq "Qalatasaray"lı, bu mövsüm "Trabzonspor"da çıxış edən Burak Yılmaz olub. 32 yaşlı hücumçu 25 oyunda 23 dəfə fərqlənib və 4 məhsuldar ötürmə edib. 

İlk "üçlüy"ü Adis Yahoviç qapayır. Mövsümün ilk yarısında "Göztəpə"nin, ikinci hissəsində "Konyaspor"un formasını geyinən makedoniyalı futbolçu 33 Super Liqa oyununda 19 qola imza atıb və 5 məhsuldar ötürmə edib. 31 yaşlı hücumçu "Göztəpə"də 14, "Konyaspor"da 5 dəfə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right