Cerrard sabiq "Qəbələ"lini komandasında görmək istəmir

Mövsümün ilk yarısını icarə əsasında "Qəbələ"də oynayan Endi Hallideylə bağlı "Reyncers" qərar verib.

Newsport.az-ın məlumatına görə, komandanın yeni baş məşqçisi Stiven Cerrard nüfuzu hesabına daha güclü futbolçuları Qlazqo təmsilçisinə gətirməyi planlaşdırır. Bu səbəbdən də mütəxəssis Hallideydən imtina edib. 26 yaşlı futbolçunun 2 illik müqaviləsi olmasına baxmayaraq, özünə klub tapması tapşırılıb.

Qeyd edək ki, Hallidey "Qəbələ"də 8 oyun keçirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right