"Çox məyusam" - Co Hart

"Vest Hem"in qapıçısı Co Hart İngiltərə millisinin dünya çempionatına aparılacaq heyətinə daxil edilməməsi haqda açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 2008-ci ildən yığmaya dəvət alan qolkiperi qərara görə məyus olduğunu deyib: "Gizlətməyəcəm, çox məyusam. İki il ərzində çətin vəziyyətdə nəyəsə nail olmağa cəhd göstərdikdən sonra bu qərarla barışmaq çətindir. Seçmə mərhələdə komanda ilə birgə bu çətin işin öhdəsindən gəldiyimiz üçün qürur duyuram. Milli komandaya uğurlar arzu edirəm. Futbolçular bilir ki, bu dəfə onlarla olmasam da, millini dəstəkləyəcəm. Qorxmayın, gedin və "döyüşün". 

Qeyd edək ki, Dünya çempionatına qapıçılardan Cek Batlend (Stok Siti), Cordan Li Pikford (Everton) və Nik Poup (Barnli) aparılacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right