“Çelsi”nin qapıçısı millinin keçmiş baş məqçisini məhkəməyə verib

İngiltərənin “Çelsi” klubunun qapıçısı Tibo Kurtua Belçika yığmasının sabiq baş məqçisi Mark Vilmotsu məhkəməyə verib.

Newsport.az -ın məlumatına görə, 26 yaşlı qolkiper bu barədə “Twitter” hesabında yazıb. 

Kurtua onu yığmanın matçlarından əvvəl heyətlə bağlı məlumat ötürməkdə ittiham edən mütəxəssisin qanun qarşısında cavab verəcəyini vurğulayıb.

“Vilmotsun mənim və atamın şərəfini təhqir etməsi, imicimi sual altına qoyması birinci dəfə deyil. Bu səbəbdən məhkəməyə üz tutmağa və təzminat tələb etməyə qərar verdik”, - Kurtua yazıb.

Qeyd edək ki, qapıçının atası Tyerre Kurtua da ittihamı rədd edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right