"Barselona" Arda Turanı satmaq qərarına gəlib

"Barselona" müqavilə ilə ona məxsus türkiyəli futbolçu Arda Turanı sata bilər. 

Newsport.az xəbər verir ki, bu iddia ilə məşhur "AS" nəşri çıxış edib. Belə ki, icarə əsasında Türkiyənin "Başakşəhər" klubunda çıxış edən 31 yaşlı futbolçunu, "Barsa" Çin klublarından birinə satmaq niyyətindədir. 

Kataloniyalıların bu transferdən 15 milyon avro qazanacağı da bildirilir. 

Qeyd edək ki, 2015-ci ildən"Barselona"da çıxış edən oyunçunu İspaniya klububu, qış transfer dönəmində "Başakşəhər"ə 2.5 il müddətinə icarəyə verib. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right