"Mançhester Siti" növbəti mövsümə hazırlaşır

Premyer Liqanın başa çatmasına 5 tur qalmış çempionluğunu elan edən "Mançester Siti" növbəti mövsümün planlarını cızır.

Newsport.az xəbər verir ki, rəhbərlik baş məşqçi Pep Qvardiola üçün 680 milyon avroluq transfer büdcəsi ayırıb. İspan mütəxəssisin heyətdə görmək istədiyi futbolçulardan biri "Bavariya"da çıxış edən Tyaqo Alkantaradır. Daha öncə "Barselona" və eləcə də Münhen klubunda Qvardiola ilə birgə çalışan futbolçu "şəhərlilər"ə gəlməyə müsbət yanaşır. Mançester təmsilçisinin digər hədəfindəki futbolçusu Kilian Mbappedir. PSJ "Monako"dan icarəyə götürdüyü futbolçunu birdəfəlik transfer etməyə də bilər. UEFA "fair-play" qaydalarına uyğun olaraq Paris klubu bu keçiddə geri addım ata bilər. Bu səbəbdən də "Mançester Siti"nin bu transferi reallaşdırmaq şansı var. Qvardiola hər iki futbolçunun dünya çempionatı başlayana kimi (14 iyun) transfer edilməsini arzu edir.

 

"Mançester Siti"nin gələcək mövsüm üçün transfer hədəfləri arasında Uilfrid Zaha, Yulian Vayql, Fred, Jorjinyo, Jan Seri, Tomas Lemar və Riyad Mahrezin olduğu bildirilir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right