"Kosovo yığması heç kim üçün "asan yem" olmayacaq” Rafet Prekazi

21 yaşadək futbolçulardan ibarət Kosovo millisinin baş məşqçisi Rafet Prekazi açıqlama verib.

 

Newsport.az xəbər verir ki, mütəxəssis Avropa çempionatının seçmə mərhələsində martın 22-də millimiz, 27-də isə Almaniya yığması ilə qarşılaşacaqları görüş haqda danışıb:

 

“İndiyədək keçirdiyimiz bütün oyunlarda yaxşı çıxış etmişik. Bu uşaqlar göstərdilər ki, onların potensialları var. Gənc oyunçulardan ibarət yaxşı komandamız var. Biz qarşıdakı oyunlarda favorit ola bilmərik. Ancaq meydanda 200 faiz gücümüzü sərf etməliyik. Komandamıza güclü azarkeş dəstəyi lazımdır. Rəqiblərimizin kim olduğunu çox gözəl bilirik. Amma seçmə mərhələnin əvvəlində də demişdim ki, Kosovo yığması heç kim üçün "asan yem" olmayacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right