Super Liqada faciə Futbolçuları ildırım vurdu

Cənubi Afrika Respublikasının futbol üzrə Super Liqasında bədbəxt hadisə yaşanıb.

Newsport.az-ın məlumatına görə, “Maritsburq Yunayted”lə “Arsenal” arasında keçirilən matçda birincilərin hücumçusu Luyanda Ntşanqaseni ildırım vurub. “Maritsburq Yunayted”in baş məşqçisi Fadlu Davids yerli mətbuata açıqlamasında 21 yaşlı futbolçunun vəziyyətinin ağır olduğunu deyib:

“Hələ komadadı. Bütün dünyanın onun üçün dua etməsini istəyirəm. Xahiş edirəm, dua edin ki, sağalsın”.

Oyun zamanı “Arsenal”ın da 3 futbolçusunu ildırım vursa da, həmin oyunçuların vəziyyətinin yaxşı olduğu vurğulanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right