Cenk Tosunun İngiltərə macərası bitir?

Qış fasiləsində “Beşiktaş”dan “Everton”a transfer olunan Cenk Tosunun İngiltərə karyerası qısa çəkə bilər.

Newsport.az saytının məlumatına görə, Premyer Liqada heç cür özünü tapa bilməyən türkiyəli hücumçunun mövsümün sonunda ya transfer olunduğu “Beşiktaş”a, ya da başqa komandaya icarəyə verilməsi gündəmdədi. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə Liverpul təmsilçisinin baş məşqçisi Sem Ellerdaysın 26 yaşlı forvardın oyunundan narazı qaldığı, mövsümün sonunda onun başqa komandaya icarəyə verilməsini rəhbərlikdən tələb edəcəyi qeyd edilib.

Xatırladaq ki, “Everton”a 27 milyon avro qarşılığında transfer olunan Cenk, bu klubda ikisi əsas heyətdə olmaqla cəmi 4 matçda şans qazanıb, qol vura bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right