Millimizin hücumçusu “Trabzonspor”a qarşı oynadı

Futbol üzrə Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Trabzonspor”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Dəniz də bu oyunun iştirakçısı olub. O, görüşün 72-cü dəqiqəsində meydana buraxılıb.

“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 22 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right