Millinin sabiq üzvü xərçəng xəstəliyindən vəfat etdi

İrlandiya milli komandasının sabiq üzvü, karyerası ərzində "Seltik" və "Mançester Yunayted" kimi klublarda çıxış edən Liam Miller dünyasını dəyişib.

Newsport.az saytnın məlumatına görə, o, 36 yaşında həyatla vidalaşıb. Yarımmüdafiəçinin dünyasını dəyişməsinə səbəb xərçəng xəstəliyidir. Ötən ilin noyabr ayında onun xərçəng xəstəsi olduğu bəlli olub. Mədəaltı vəzisində şiş olan oyunçu ötən gecə xəstəliyə məğlub olub.

Qeyd edək ki, İrlandiya millisinin heyətində 21 oyun keçirən Miller karyerası ərzində "Lids", "Sanderlend" və KPR kimi komandaların uğurları üçün çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right