Məşhur futbolçu Maradonanı yaltaq adlandırdı

Həmişə başqalarını ittiham edən Argentina futbolunun əfsanəsi Dieqo Maradona bu dəfə özü tənqidə tuş gəlib.

Newsport.az-ın məlumatına görə, Maradonanı Paraqvay yığmasının sabiq qapıçısı Xose Luis Çilavert tənqid edib. Birzamanların ulduz qolkiperi Dieqonu FİFA prezidenti Canni İnfantinoya yaltaqlanmaqda ittiham edib: “Maradona İnfantinonun qarşısında quyruq bulayırdı. Bütün bunlardan sonra isə onun əleyhinə danışdı. İndi onunla necə işləyə bilər? İnfantino narkotik qəbul edən insana nitq söyləməyə icazə verməyi özünə necə rəva gördü? Narkotik istifadə edən insanlar örnək ola bilməzlər”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right