Futbolçunu döyən hakim haqda son qərar verildi Video

Fransa Futbol Federasiyası oyunçunu döyən hakim Toni Şapron haqda yekun qərarını açıqlayıb.

Newsport.az xəbər verir ki, Liqa 1-in 20-ci turunda keçirilən “Nant” – PSJ matçında, meydan sahiblərinin futbolçusu Dieqo Karlosu təpiklə vuran referi 3 ay oyunlara təyinat almayacaq. Məsələni araşdıran Nizam-İntizam Komitəsi yekun qərarını verib. Belə ki, Şapron 3 aylıq diskvalifikasiya ilə canını qurtarıb.

 

Qeyd edək ki, PSJ-nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 90-cı dəqiqəsində “Nant”ın futbolçusu Dieqo Karlosa ilişərək yerə yıxılan referi arxadan onu təpiklə vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right