Futbolçu faciəvi şəkildə öldürüldü

Türkiyənin “İstanbul Yedikulespor” klubunun futbolçusu faciəvi şəkildə dünyasını dəyişib. Yunus Əmrə İzol faciəvi şəkildə dünyasını dəyişib.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubun oyunçusu Yunus Əmrə İzol qadını müdafiə edərkən həlak olub.

Hadisə İstanbulda baş verib. Taksiyə minən moldovalı xanıma bir kişi tərəfindən hücum olduğunu görən futbolçu, iki dostu ilə birlikdə qadını həmin şəxsin əlindən almağa cəhd göstərib. Lakin bu vaxt bıçaq çıxaran şəxs ona və dostlarına xəsarət yetirib. Ürəyindən iki bıçaq yarası alan futbolçu dünyasını dəyişib. Polis əlindən yaralanan cinayətkarı həbs edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right