"Sumqayıt" bu gün növbəti yoxlama görüşünə çıxır

 “Sumqayıt” Antalyada bu gün növbəti yoxlama oyununu keçirəcək.

 

Newsport.az xəbər verir ki, Samir Abasovun yetirmələri Makdeoniyanın “Akademiya Pandev” klubuyla qarşılaşacaq. 

 

Qeyd edək ki, 2010-cu ildə məşhur futbolçu Qoran Pandev tərəfindən yaradılan komanda ötən mövsüm Makedoniya 2-ci liqasında 1-ci yer tutaraq əsas liqaya vəsiqə qazanıb. Pançe Stoyanovun baş məşqçisi olduğu “Akademiya Pandev” hazırda Makedoniya əsas liqasında 4-cü yerdə qərarlaşıb.

 

Yoxlama oyunu

28 yanvar

 

16:00 Sumqayıt (Azərbaycan) - Akademiya Pandev (Makedoniya) Matç Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right