Azərbaycan Premyer Liqası UEFA reytingində neçəncidir? Reytinq cədvəli

UEFA  son 10 ildə Avropa ölkələrinin milli çempionatlarının reytingində hərəkət cədvəlini açıqlayıb.

Newsport.az xəbər verir ki,  ən yaxşı göstəriciyə nail olanlar siyahısında  Azərbaycan Premyer Liqası da yer alıb. Belə ki, 2008-ci ildə Premyer Liqa 42-ci sırada yer alırdısa, indi 16 pillə irəliləyərək 26-cı sıraya yüksəlib. Ölkəmiz də daxil olmaqla, ilk üçlüyü Qazaxıstan və Belarus tamamlayır. 

Qazaxlar 16 pilləlik yüksəlişə nail olublar. Ən yaxşı nəticəni bu üçlükdən Belarus göstərib. Onlar 21 pillə irəliləyiblər. Qiymətləndirmə hər 3 ölkə komandalarının Avropa kuboklarındakı uğurlu çıxışları ilə əlaqədardır.     

Qeyd edək ki, ilk "beşlik"də İspaniya, Almaniya, İngiltərə, İtaliya və Fransa qərarlaşıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right