Fərid dubl etdi, komandası qələbə qazandı

Çexiyanın “Slaviya” klubunun U-21 komandası bu gün yoxlama görüşünə çıxıb.

 

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin də formasını geyindiyi Praqa klubu “Litomeriçko” ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Fərid də bu görüşün iştirakçısı olub. Komandanın hər iki qolunu da məhz Nəbiyev vurub.

 

Bu qarşılaşmada “Slaviya”nın düşərgəsində baxışda olan digər həmyerlilərimiz – Amin Seydiyev və Rövlan Muradov da iştirak ediblər. Rövlan 80-cı dəqiqədə əvəzlənsə də, Amin sonadək mübarizə aparıb. Futbolçularımız meydanda olduqları müddətdə özlərini ən yaxşı tərəfdən göstərməyə nail olublar. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right