"Arsenal"ın məğlubiyyətsizlik rekordunu qıra bilməyəcəyik" Qvardiola

İngiltərə Premyer Liqasında at oynadan, 17 turdan sonra 16 qələbə və 1 heç-heçə ilə dominantlıq edən "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola maraqlı açıqlama verib.

 

Newsport.az xəbər verir ki, İngiltərənin "The Sun" nəşrinə müsahibə verən 46 yaşlı mütəxəssis bunları deyib: Çox güman ki, "Arsenal"ın məğlubiyyətsizlik rekordunu qıra bilməyəcəyik. Lakin daha yaxşı oynamalıyıq. Ən vacib şey məhz budur. Statistikalar yaxşıdır, amma mən daha artığını istəyirəm. Eyni ruhla çalışaraq davam edəcəyik. Əlbəttə mövsümü gedişində məğlub olacağımız oyunlar da olacaq. İndiyənə qədər etdiyimiz normal bir şey deyil".

 

Nəzərinizə çatdıraq ki, "Mançhester Siti"  İngiltərə Premyer Liqasında 18 turdan sonra ardıcıl  qələbə qazanaraq, 58 xalla ən yaxın vahid liderdir.

 

Qeyd edək ki, Qvardiola 2016-cı ildən "şəhərlilər"in sükanı arxasındadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right