O, "El Klasiko"da komandasına kömək edə bilməyəcək

İspaniyanın “Barselona” klubunda ciddi itki yaşanıb.

Newsport.az xəbər verir ki, Katoloniya klubunun müdafiəçisi Samuel Umtiti sıradan çıxıb.  Fransalı futbolçu “Barselona”nın “Selta Viqo” nu qonaq etdiyi matçda (2-2) zədələnərək  meydanı tərk etmək məcburiyyətində qalıb.

Klubun rəsmi saytından edilən açıqlamaya görə, Umtiti tibbi yoxlamadan keçdikdən sonra, dizində yırtıq olduğu məlum olub. Futbolçunun 2 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Belə olduğu halda  24 yaşlı oyunçu komandasına “El Klasiko”da kömək edə bilməyəcək. Xatırladaq ki, əzəli rəqiblərin görüşü 23 dekabr saat 16:00-da start götürəcək.

Qeyd edək ki, Samuel Umtiti 2011-2016-cı illər ərzində Fransanın “Loion” klubunda forma geyinib. 2016-cı ildən isə “Barselona” klubunun şərəfini qoruyur. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right