"Qəbələ" yeni transfer edir?

"Qəbələ" qış transfer pəncərəsində  heyətinə yeni futbolçu cəlb etməyi düşünür. Belə ki, onlar "Astra"nın futbolçusu Aleksandru Dandyaya göz dikiblər.

Newsport.az xəbər verir ki, Rumıniya mətbuataında yayılan məlumatlara əsasən, "Qəbələ"nin nümayəndələri A.Dandyanın Rumıniya çempionatının 16-cı turunda "Styaua"ya qarşı 90 dəqiqə oynadığı matçı stadiondan izləyiblər. Azərbaycan klubunun rumıniyalı oyunçu üçün 15 min dollar maaş və əlavə bonuslar ödəməyə hazır olduğu iddia edilib.

Qeyd edək ki, A.Dandya 2015-ci ildən "Astra"nın şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right