Bu axşam İspaniyada derbi həyacanı yaşanacaq

Bu gün İspaniyada derbi yaşanacaq. Eyni şəhərin iki klubu münasibətlərinə aydınlıq gətirəcək.

Newsport.az xəbər verir ki, İspaniya La Liqasının 12-ci turu çərçivəsində, “Atletiko” doğma meydanda “Real Madrid”i qəbul edəcək. Hər iki klub mövsümə yaxşı başlanğıc etmədiyi üçün, bu oyunu işləri qaydasına qoymaq yolunda fürsət bilir. Bu günə qədər 156 liqa matçında qarşı-qarşıya gələn rəqiblər, bunun 33-də bərabərə qalıblar.

“Ağ-qırmızılar” son 16 liqa matçında yalnız bir dəfə “Real”a qalib. “Kral klubu”nun isə 86 qalibiyyətlə tarixində ən çox məğlub etdiyi klub “Atletiko Madrid”dir. La Liqada oynadığı son 15 oyunda məğlub olmayan “Atletiko” topladığı 23 xalla turnir cədvəlində 4-cü sırada qərarlaşır. Zidanın yetirmələrində isə bu mövsüm işlər qaydasında getmir.Belə ki, rəqibi “Barselona”dan 8 xal geri qalan madridlilər, oynadığı 11 oyuna 23 xal toplayaraq 3 yerdə qərar tutur.

Qeyd edək ki, bu gün saat 23:45-də başlayacaq qarşılaşma, İdman Azərbaycan kanalı vasitəsi ilə canlı yayımlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right