Qrizmann "Atletiko"dan ayrılmamasının səbəbini açıqladı

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi olan "Atletiko"nun hücumçusu Antuan Qrizmann açıqlama verib.

Newsport.az-ın məlumatına görə, adı bir çox nəhəng klublarla hallanan futbolçu yayda Madrid komandasından ayrılmadı və "Atletiko"da qaldı. Qrizmann komandanı tərk etməməsinin səbəbini belə izah edib:

"Atletiko"nu transfer qadağasına görə tərk etmədim. Qalmaq lazım olduğunu hiss etdim. Ayrılmağım çirkin addım olardı".

26 yaşlı hücumçunun "hindular"la müqaviləsi 2022-ci ilə qədərdir. Qrizmann bu mövsüm 13 oyuna 3 qol vurub və 3 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right