Ərdoğan:"Millimiz əvvəllər daha güclü idi, ancaq TFF-nin bu haqda nə düşündüyünü deyə bilmərəm”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin idman kalanına verdiyi müsahibədə jurnalistin suallarını cavablandırıb. Ölkə prezidenti, əsasən milli komanda və legioner oyunçular haqda danışıb.

Newsport.az xəbər verir ki, ölkə lideri: ”Klublar yerli oyunçunu niyə hazırlayır? Milli komanda üçün. Bir futbolçunun milliyə hazır olması, ilk növbədə klubdan asılıdı. Futbolçu klubda nə qədər çox forma geyərsə, milli komandaya da daha çox xeyri dəyə bilər. Millimiz əvvəllər daha güclü idi, ancaq TFF-nin bu haqda nə düşündüyünü deyə bilmərəm” bildirib.

Ölkə Prezidenti legioner futbolçular haqda da danışıb. O, bildirib ki, “legioner futbolçu olmasın demək düzgün yanaşma deyil, onların da bizim futbol üçün etdikləri və edəcəkləri çox şey var ”.

Qeyd edək ki, Türkiyə Milli komandası DÇ 2018-in seçmə mərhələsi çərçivəsində I qrupunda mübarizəni dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right