Corco Kyellini:"Qvardiolizm müdafiəçilərin bütöv bir nəslini məhv edib"

“Yuventus”un müdafiəçisi Corco Kyellini “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı ittiham edib.

Newsport.az xəbər verir ki, arxa xətt oyunçusu mütəxəssisin müdafiəçilərin tənəzzül etməsinə görə məsuliyyət daşıdığını bildirib. O, Qvardiolanın bir nəsil müdafiəçiləri öldürdüyünü vurğulayıb:“Mənə elə gəlir ki, qvardiolizm müdafiəçilərin bütöv bir nəslini məhv edib. Onlar yalnız hücumu necə təşkil etmək, boş sahə tapmaq haqda düşünürlər. Amma rəqibi necə saxlamaq barədə fikirləşmirlər.İtaliyanın ənənəvi müdafiə sistemi böyük müdafiəçilər yetişdirdi. İndi isə bizə güclü hücumçular lazımdı ki, zirvəyə qayıdaq. Amma təbii ki, əsl müdafiəçilərin də olması mütləqdi”.

Qeyd edək ki, Qvardiolanın “Mançester Siti”si İngiltərə Premyer Liqasında 11 oyuna 38, Çempionlar Liqasında isə 4 görüşdə 12 dəfə fərqlənib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right