Xorvatiya darmadağınla sevindi, İsveçrədən səfər qələbəsi Yenilənib

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında pley-off mərhələsinin oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki matç keçirilib. Xorvatiya millisi Yunanıstan yığmasını qəbul edib. Cütün favoriti olan xorvatlar evdə keçirdiyi ilk oyunda böyük üstünlük əldə ediblər - 4:1.

Digər cütdə isə millimizin də yer aldığı C qrupunu 2-ci pillədə başa vuran Şimali İrlandiya yığması İsveçrə seçməsini qəbul edib. Bu görüşün taleyini isə 1 qol həll edib. İsveçrəlilər penaltidən vurduqları yeganə qol sayəsində səfərdən çox önəmli qələbə ilə ayrılmağa nail olublar - 1:0.

Pley-off mərhələsinin ən çox maraq doğuran qarşılaşmalarından biri bu gün keçiriləcək. İsveç və İtaliya Stokholmda münasibətlərinə aydınlıq gətirəcəklər.

Mərhələnin ilk oyunlarına noyabrın 11-də keçiriləcək Danimarka - İrlandiya matçı ilə yekun vurulacaq.



9 noyabr

DÇ-2018

Avropa zonası, pley-off mərhələsi


İlk oyunlar

Şimali İrlandiya - İsveçrə - 0:1
Qol: 
Rodrigez, 58

Xorvatiya - Yunanıstan - 4:1
Qollar: 
Modriç, 13-pen (1:0), Kaliniç, 19 (2:0), Sokratis, 30 (2:1), Perişiç, 33 (3:1), Kramariç, 49 (4:1)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right