"Qarabağ"ın rəqibində itki

Madridin "Atletiko” klubunun daha bir futbolçusu sıradan çıxıb.

Neüsport.az xəbər verir ki, Çempionlar Liqasında "Qarabağ”ın rəqiblərindən olan "hindular" Xose Ximenesi itirib. 22 yaşlı uruqvaylı mərkəz müdafiəçisi dünənki məşqi ayağındakı ağrılar üzündən yarımçıq tərk edib. Ximenesin zədəsinin nə dərəcədə ciddi olması tibbi müayinədən keçəndən sonra bilinəcək. Hazırda Koke və Yannik Karrasko da zədəli üzündən kollektiv məşqlərə qatıla bilmir. 

Qeyd edək ki, Bakıda "Qarabağ”la 0:0 hesablı bərabərliyə razılaşan "Atletiko” oktyabrın 31-də ağdamlıları qəbul edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right