Klubun avtobusu qəzaya düşdü, kapitan xəsarət aldı

Gürcüstanın “Çixura” klubunun futbolçularını aparan mikroavtobus qəzaya düşüb.

Newsport.az-ın məlumatına görə, hadisə komanda üzvləri Gürcüstan çempionatının XXXI turunda Batumi “Dinamo”suna 2:1 hesabı ilə qalib gəldikləri oyundan qayıdan zaman Xaşuri şəhərində baş verib.

Qəza nəticəsində komanda üzvlərindən yalnız biri ciddi zədə alıb. Kapitan Şota Kaşiyanın körpücük sümüyü sınıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right