Eddi İsrafilov "Ximnastik"dən göndərilə bilər

Azərbaycan millisinin üzvü Eddi Silvestr Paskual İsrafilov "Ximnastik"dən ayrıla bilər. 

Newsport.az-ın məlumatına görə, karyerası ərzində klublarını əlcək kimi dəyişən 25 yaşlı yarımmüdafiəçi yeni komandasında da özünə yer edə bilmir. "Ximnastik" ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən İsrafilovun xidmətində maraqlı deyil.

Bu yay "Kadis"dən ayrılaraq "Ximnastik"ə keçən futbolçu qışda klubundan ayrıla bilər. 3 illik imzalanılan müqavilənin bəndindəki şərtlərin birində Eddinin özünü yaxşı tərəfdən göstərə bilməyəcəyi təqdirdə müqaviləsinə xitam veriləcəyi qeyd edilib. 

Qeyd edək ki, "Ximnastik" 7 turdan sonra Sequndada 5 xalla 22 komanda arasında 21-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right