"Qisas hissi ilə gəlməmişik" - Çexiya yığmasının futbolçusu

"Bizim öz məqsədimiz var. Meydana qələbə üçün çıxacağıq". 
Newsport.az-ın məlumatına görə, bu sözləri Çexiya yığmasının futbolçusu Marek Suşi DÇ-2018-in seçmə mərhələsində sabah millimizlə keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.

- Sabah millimizin kapitanı Rəşad Sadıqovun vida matçıdı. Oyunçularımız görüşə əlavə motivasiya ilə çıxacaq. Bu, sizi narahat etmir?

- Bu bizim üçün əlavə stimuldu. Rəşadı təbrik edirik. Ona çox hörmət edirik ki, bu səviyyəyə çatıb. Amma bizim də əsas məqsədimiz qalib gəlməkdi.

- Azərbaycan millisi haqda nə bilirsiniz?

- Komandanız haqda yaxşı məlumatımız var. Özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Rəqibə hörmət edirik. Sabahkı matçda xallarmızın sayını artırmağa çalışacağıq.

- Ölkə mətbuatınıza açıqlamalarınızda tez-tez qeyd edilir ki, Çexiyada Azərbaycanı uda bilməməyiniz sizi DÇ-dən kənarda qoydu. Bakıya qisas hissi ilə gəlmisiniz?

- Düzdü, biz həmin oyunda xal itirdik və mundialdan kənar qaldıq. Amma bizim üçün Çexiya forması geyinmək fəxrdi. Qisas hissi ilə gəlməmişik. Əsas odu ki, xallarımızın sayını artıraq.

- Artıq hər iki komandanın şansı yoxdu. Siz bu matça necə hazırlaşmısız?

- Məqsədimizə çata bilməsək də, hər oyuna maksimum hazırlaşırıq. İnsan gərək aldığı zərbədən ayağa qalxa bilsin.

- Azərbaycanla matçdan çəkinmirsiz?

- Hər oyuna təmiz, aydın başla yanaşırıq. Heç nədən qorxmuruq və belə də matça hazırlaşmışıq.

- Müdafiə xətti haqda nə deyə bilərsiniz?

-  Məşq üçün vaxtımız az olub. Buna baxmayaraq, maksimum bütün diqqətimizi müdafiəyə və oyunun təşkilinə yönəldəcəyik.





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz