"Real"da növbəti şok: Yeni transfer 3 ay oynamayacaq

Madridin "Real" klubunun yeni transferi Teo Hernandes zədələnib.

Newsport.az-ın məlumatına görə, La Liqanın IV turu çərçivəsində "Real Sosiedad"la səfər matçının son dəqiqələrində rəqib futbolçu ilə mübarizə zamanı zədə alan futbolçunun son durumu bəlli olub. Belə ki, həkimlər Teonun çiyninin çıxdığını müəyyənləşdiriblər. 

Futbolçunun durumu ilə bağlı açıqlama verilməsə də, İspaniya mətbuatı onun 3 ay meydana çıxa bilməyəcəyini yazıb. Bununla da "kral klubu"nun heyətindəki zədəlilərin sayı 3-ə çatıb. Madridlilərin heyətində Mateo Kovaçiç və Kərim Benzema da zədədən əziyyət çəkir. 

Qeyd edək ki, bu yay “Atletiko”dan transfer edilən 19 yaşlı futbolçu “Real”ın heyətdinə 3 rəsmi oyuna çıxıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right