Arazlı “Anortosis” liderliyə yüksəldi

Kipr çempionatında 4-cü turun oyunları davam edir. 

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Araz Abdullayevin də formasını geyindiyi “Anortosis” səfərdə APOEL-lə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Famaqusta klubuna 30-cu dəqiqədə Viktor qələbə qazandıran qolu vurub.

Oyuna əsas heyətdə başlayan Araz 78 dəqiqə meydanda olub.

Qeyd edək ki, 4 oyundan sonra 10 xal toplayan “Anortosis” bir oyun artıq olmaqla turnir cədvəlinin zirvəsində qərarlaşıb.
 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right