Bu gün “Maynts”a qarşı oyunda “Bavariya” forması ilə 100-cü liqa matçına çıxan və iki qol vuran Robert Levandovski Bundesliqa tarixinə keçib.
Newsport.az-ın məlumatına görə, polşalı hücumçu Bundesliqa tarixində bir klub forması ilə 100 oyunda ən çox qol vuran oyunçu olub.
“Bavariya” forması ilə liqadakı qollarının sayını 82-yə çatdıran oyunçu sözü gedən nominasiyada “Verder” (Bremen) forması ilə 109 oyuna 73 qol vuran Rudi Völleri geridə qoyub.