Klopp: “Bernli”yə qarşı yaxşı oynadıq”

Bu gün İngiltərə Premyer Liqasının 5-ci turunda “Liverpul” “Bernli”ni qəbul edib.

Newsport.az-ın məlumatına görə, 1:1 hesablı heç-heçə ilə bitən matçdan sonra “mersisaydlılar”ın çalışdırıcısı Yurqen Klopp mətbuat konfransında oyunla bağlı fikirlərini səsləndirib.

Təcrübəli mütəxəssis “Bernli”yə qarşı yaxşı oynadıqlarını deyib:
“Bəzi önəmli dəyişikliklər etməmizə rəğmən doğru oyunumuzu davam etdirdik. “Liverpul”un baş məşqçisi olduğumdan bəri “Bernli”yə qarşı ən yaxşı oyunumuz oynadıq”.

Qeyd edək ki, “Liverpul” bu mövsüm Premyer Liqada 5 matçın yalnız ikisində qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right