Rauf Əliyev "Kukesi"nin qələbəsində pay sahibi oldu

Futbol üzrə Albaniya Super Liqasına start verilib.

Newsport.az-ın məlumatına görə, milli komandamızın oyunçusu Rauf Əliyevin şərəfini qoruduğu “Kukesi” açılış matçında doğma meydanda “Kamza” ilə qarşılaşıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Rauf ikinci hissədə meydana çıxıb. Oyundakı yeganə qolun yaradıcısı da məhz millimizin hücumçusu olub.

Ona qarşı kobudluğa görə təyin olunan penaltini Bakay dəqiq yerinə yetirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right