"Neymar transferi hər şeyi dəyişdirdi" Joze Mourinyo

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo komandası və transfer bazarı ilə bağlı  maraqlı açıqlamalar verib.

Newsport.az-ın məlumatına görə “Mançester Yunayted”in çempionatda 3 oyuna 10 qol vurub qapısında top görməməsinə və maksimum xal toplamasına baxmayaraq, təcrübəli mütəxəssis hələ istədiyi komandaya sahib olmadığını bildirib:

“İstədiyim komandaya sahib olmaq üçün 3 transfer dönəminə ehtiyacım olduğunu demişdim. “Mançester Yunayted”i İngiltərə futbolunun zirvəsinə yüksəltmək üçün komandanı yuxarıya qaldırmaq lazımdır. Həmçinin, komandanı Avropanın ən yaxşıları səviyyəsinə qaldırmağa çalışacağıq. Düşünürəm ki, hələ üçüncü transfer dönəminə ehtiyacımız var. Lakin hədəflərimizə çatmaq üçün 3-cü transfer dönəmini gözləməyəcəm”.

Bu yay transfer dönəmində ağıllı hərəkət etdiklərini deyən portuqaliyalı baş məşqçi: “Bu yay dönəmində reallaşanlar transfer bazarını sonsuza qədər dəyişdirəcək hərəkətlərdi.  Adi vaxtda belə böyük hərəkətlər görməməliydik. Neymarın transferindən sonra hər şey dəyişdi və bütün şərtlər maddi cəhətdən daha da çətinləşdi. Lukakunu avqustun 31-də alsaydıq, 165 milyondan aşağı məbləğ qarşılığında transfer edə bilməzdik.  Matiçin qiyməti isə 75-80 milyon avro olardı. Neymar artıq hər şeyi dəyişdirdi”.

Transfer bazarının artıq daha fərqli olduğunu deyən “qırmızı şeytanlar”ın çalışdırıcısı: “Poqba tarixin ən bahalı oyunçusu olaraq qalsaydı, Koutinyo “Barselona”ya 110 milyon avroya transfer ola bilərdi. Ancaq indi insanlar hər şeyi  222 milyon avroya uyğun fikiləşməyə başlayıb”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right