Portuqaliya millisinin sabiq üzvü futbola qayıdır

2015-2016 mövsümünün sonunda “Fənərbaxça” klubundan ayrılandan sonra özünə klub tapa bilməyən və keçən mövsümü klubsuz başa vuran Raul Meyreleş yenidən yaşıl meydanlara qayıda bilər.

Newsport.az-ın məlumatına görə, İtaliya A Seriasında mübarizə aparan “Kalyari” 34 yaşlı futbolçu ilə təmasa keçib.

Portuqaliyalı yarımmüdafiəçi Sardiniya təmsilçisinin təklifini qəbul etsə, 1 illik fasilədən sonra yenidən futbola qayıdacaq.

Meyreleş 2006/2014-cü illərdə Portuqaliya millisində 73 oyun keçirib və 10 qol vurub. O, "Boavişta", "Portu", "Liverpul", "Çelsi" və "Fənərbaxça" klublarında çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right