"Qəbələ" və "Zirə" qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə daha 2 görüş baş tutacaq.

Uzun fasilədən sonra Yevlax şəhər stadionu Premyer Liqa oyununa ev sahibliyi edəcək. "Kəpəz" bu arenada "Zirə"ni qonaq edəcək. Çempionata qələbə ilə başlayan qəsəbə təmsilçisi uğurunun davamını gətirmək üçün mübarizə aparmalıdı.  Şahin Diniyevin komandası isə ilk xalını və xallarını qazanmaq əzmindədir. 

Tura Qəbələdə yekun vurulacaq. İlk turda qələbə qazanan "Qəbələ" ilə "Sumqayıt" münasibətlərinə aydınlıq gətirəcək. İlk turda qələbə qazanan meydan sahibləri ikinci turda da qələbə qazanmaqla avrokuboklardakı uğursuzluğu çempionatda unutdurmaq əzmindədi. Ancaq "Sumqayıt" yayda heyətini gücləndirib və iddialı olmaq arzusundadır. Bu baxımdan Samir Abasovun komandasının güclü rəqibinə müqavimət göstərəcəyi gözləniləndi. 

Azərbaycan Premyer Liqası

II tur

20 avqust (bazar)

20:00. “Qəbələ” - “Sumqayıt” - 1:0 
Qol: 
Tellur Mütəllimov, 40
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev
Qəbələ şəhər stadionu
 

17:00. “Kəpəz” - “Zirə” - 0:3 
Qol: 
Nicat Qurbanov, 21, Təmkin Xəlilzadə, 49, 87 
Hakimlər: 
Rəvan Həmzəzadə, Yaşar Abbasov, Vüsal Qənbərov, Rəhim Həsənov
Yevlax şəhər stadionu

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right