UEFA “Legiya”nı azarkeşlərinə görə cərimələdi

UEFA Polşanın “Legiya” klubunu cəzalandırıb.

Newsport.az-ın məlumatına görə, buna Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Astana” ilə görüşdə yerli azarkeşlərin açdığı pankart səbəb olub. Polşalı fanatların açdığı pankart kluba 35 min avro cərimənin kəsilməsi ilə nəticələnib.
 
Qeyd edək ki, pankartda 1944-cü ildə Varşava qiyamı zamanı alman əsgərin polşalı uşağın başına tapança ilə nişan alması əks olunub. Nəhəng bannerdə 160 min nəfərin qətlə yetirildiyi, bunlardan mininin uşaq olması da qeyd olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right