"Monako"dan 10 milyon avroluq transfer

Fransa çempionu "Monako" növbəti transferini rəsmiləşdirib.

 

Newsport.az xəbər verir ki, "knyazlıq klubu" "Renn"in hücumçusu Adama Diakabini heyətinə qatıb. Fransanın gənclərdən ibarət yığmasının şərəfini qoruyan hücumçu 5 illik müqaviləyə imza atıb. Diakabinin transferi "Monako"ya 10 milyon avroya başa gəlib.

 

21 yaşlı futbolçu ötən mövsümdə "Renn"də keçirdiyi 25 oyunda 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right