"Şalke" asan rəqib deyil" "Neftçi"nin futbolçusu

"Bu, təlim-məşq toplanışının ən vacib oyunlarından biri idi. Bizim üçün yaxşı təcrübə oldu."

Newsport.az saytının məlumatına görə, bu fikirləri Avstriya toplanışı çərçivəsində Almaniyanın "Şalke" klubu ilə keçirilən matçdan (0 - 1) sonra "Neftçi"nin futbolçusu İqnasio Errea deyib.

Klub televiziyasına açıqlama verən çilili yarımmüdafiəçi daha sonra fikirlərinə belə davam edib:

"Güclü yağış yağması oyunumuza çətinlik yaradırdı. Buna baxmayaraq, özümüzü yaxşı tərəfdən göstərməyi bacardıq. Artıq növbəti iki oyuna hazırlaşmalıyıq. “Şalke” asan rəqib deyil. Almaniya Bundesliqasında yüksək yerlər uğrunda mübarizə aparan komandadır. İkinci hissədə bərabərlik qolunu vurmaq üçün bir neçə imkanımız oldu, amma istifadə edə bilmədik. Burada rəqibin ustalığı da öz sözünü dedi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right