Millimizin üzvü izlədi, komandası heç-heçə etdi

Millimizin futbolçusu Pavel Paşayevin yeni klubu “Aleksandriya” Ukrayna çempionatında növbəti oyununa çıxıb.
 

Newsport.az-ın məlumatına görə, komanda ikinci turda səfərdə “Veres”lə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
 
Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Paşayev 90 dəqiqə ərzində meydana daxil ola bilməyib.
 
Qeyd edək ki, 2 turdan sonra cəmi 1 xalı olan “Aleksandriya” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right