Sabiq "Qəbələ"li Ukrayna klubu ilə müqavilə imzaladı

"Qəbələ"nin sabiq futbolçusu Aleksey Antonov özünə yeni klub tapıb.

Newsport.az-ın məlumatına görə, o, yeni mövsümdən Ukraynanın "Çernomorets" komandasının şərəfini qoruyacaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Lakin müqavilənin müddəti və digər detalları açıqlanmır.

Qeyd edək ki, Antonov 2015/16 mövsümündə "Qəbələ"də oynayıb. O, daha sonra Polşanın "Qirimot" klubuna keçib. 31 yaşlı forvard 2013/14 mövsümündə "Çernomorets"də oynayıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right