"Roma" türk futbolçunu rəsmən təqdim etdi FOTO

"Roma" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, "canavarlar" Türkiyənin "Başakşəhər" klubundanCengiz Ünderi transfer edib. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Roma" bu transfer üçün İstanbul təmsilçisinə 15 milyon avro ödəyəcək.

Qeyd edək ki, Cengiz Ünder "Başakşəhər"ə ötən mövsümün əvvəlində "Altınordu"dan 700 min avroya transfer olmuşdu. O, "narıncı-göylər"in heyətində meydana çıxdığı 43 rəsmi oyunda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right