Çempionşip tarixinin ən bahalı transfer gerçəkləşdi

İngiltərənin "Vulverhempton" klubu Portuqaliyanın "Portu" komandasından yarımmüdafiəçi Ruben Neveşi transfer edib.

Newsport.az-ın məlumatına görə, 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

"Portu"nun yetirməsi olan Neveş doğma klubu ilə meydana çıxdığı 59 oyunda 3 qola imza atıb. 

Qeyd edək ki, Portuqaliya yığmaının transferi nəinki "Vulverhempton"un, həm də İngiltərə Çempionşipi tarixində ən bahalı transferdi. Gənc oyunuçunun keçidi "canavarlar"a 15,8 milyon funt-sterlinqə başa gəlib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right